Şriftin ölçüsü :

Saytın rəngi :

Adil Niftəliyev 31 il sonra doğma kəndində dəfn edilib

24 avqust 2023 | 17:02
Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da itkin düşən 1966-cı təvəllüdlü Niftəliyev Adil Kamal oğlunun cəsədinin qalıqları bu gün Xaçmaz rayonuna gətirilib. Mərhumla vida mərasimi bir vaxtlar böyüyüb boya-başa çatdığı Kiçik Baraxum kəndinə təşkil olunub.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak edib.
Şəhid Adil Niftəliyevin nəşi əvvəlcə yaşadığı evə oradan isə kənd qəbristanlığına aparılıb. İzdihamla müşahidə olunan dəfn mərasimində əllərində üçrəngli bayrağımızı dalğalandıran gənclər “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr arzulayıb. Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Çıxışlardan sonra şəhidlərimizin ruhuna dualar oxunub, səmaya yaylım atəşi açılıb. Adil Niftəliyev kənd qəbristanlığında valideynlərinin yanında dəfn edilib. Məzarı üstünə əklil, tər qərənfil və qızıl güllər düzülüb.
Tabutu üzərindəki Azərbayca
Keçidlər