Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar Şurasının iclası keçirilib.

03 iyun 2024 | 19:18
Tədbir iştirakçıları, əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
İclasda ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək, rayonun ictimai, siyasi həyatında ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub. Elnur Rzayev bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında yüzlərlə xaçmazlı gənc qəhrəmanlıqlar göstərərək öz adlarını Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıblar. Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov bildirib ki, öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişafda olan ölkəmizin parlaq gələcəyi naminə qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Xaçmaz Rayon Ağasaqqallar Şurasının sədri Məhərrəm Abasov və digər çıxış edənlər son illər Xaçmaz rayonunda həyata keçirilən geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışaraq görülən işləri yükəsk qiymətləndiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqallar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanla təltif olunub.
Keçidlər