Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın 100 illiyi qeyd olunub

28 aprel 2023 | 16:05
Xaçmaz rayonunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illiyi əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan məktəbin önündə akademikin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Daha sonra Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət mərkəzinin foyesində Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. Qeyd edib ki, Zərifə Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. Onun zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.
Digər çıxış edənlər görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın tibb elmində qazandığı uğurlardan, dövlət xadimi kimi fəaliyyətindən söz açılıb. Zərifə xanımın oftalmologiya elminin inkişafına verdiyi töhfələr, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətləri xüsusi vurğulanıb.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Yerli mədəniyyət müəssisələrinin kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.
Keçidlər