Akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib.
15 aprel 2025 | 12:39
Xaçmaz rayonunda Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səyyaf Tağıyev, qabaqcıl tibb və təhsil işçiləri iştirak ediblər.
İştirakçılar Zərifə xanımın adını daşıyan məktəbdə görkəmli alimin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Zərifə Əliyeva adına muzeydə akademikin həyat və yaradıcılığına həsr olunmuş fotostendlərə baxış keçiriblər.
Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, peşəkar həkim olmaqla yanaşı, böyük alim kimi xatirələrdə yaşayır.