Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar mükafatlandırılıb

11 sentyabr 2023 | 17:54
Xaçmaz rayonunda ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. Məzunlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb.
Görüşdə məlumat verilib ki, Xaçmaz rayonu üzrə bu il məktəbi bitirən məzunlardan 530 nəfəri tələbə adını qazanıb. Qəbul olunanlardan 51 nəfər 500-dən, 5 nəfər isə 600-dən çox bal toplayıb.
Müəllimlər və məzunlar təhsilimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Keçidlər