Azər Navi və Könül Əskərova təltif edilib
17 fevral 2026 | 17:29
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Ağsaqqallar Şurasının üzvü Azər Navini 70, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərovanı isə 50 illik yubileyi münasibətilə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.
Elnur Rzayev hər iki yubilyarı təbrik edib, onlara xoş arzularını çatdırıb.
Azər Navi və Könül Əskərova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, rayon rəhbərinə təşəkkürlərini ifadə ediblər.






