Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun hərbi qulluqçusu Səxavət Axundov Sayad kəndində dəfn edilib

05 yanvar 2024 | 15:29
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində dəfn edilib.
Dəfn mərasimində Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həlak olan hərbçimizin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.
Vida mərasimindən sonra Səxavət Axundovun nəşi kütləvi insan izdihamının müşayəti ilə Sayad kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.
Allah rəhmət eləsin!
Keçidlər