Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan sərhədçilərinin peşə bayramı qeyd olunub

18 avqust 2023 | 13:56
Xaçmaz rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin 104 illiyi qeyd edilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat şəhərində yerləşən sərhəd dəstəsinin komandiri polkovnik Murad Nağıyev və sərhəd dəstəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu sərhədçiləri təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul edilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədlərinin qarunması sahəsində kompleks tədbirlərin həyata keçirilib. Sərhədçilər 44 günlük Vətən müharibəsində qarşılarına qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
Keçidlər