Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri də tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günüdür
13 iyun 2025 | 14:03
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyimizin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir Xaçmaz rayonunda da fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən 15 iyun Milli Qurtuluş Günü münasıbətilə silsilə tədbirlər təşkil olunur, Azərbaycan xalqının şanlı tarixinə bir daha böyük qürur və fəxarət hissi ilə nəzər salınır.






