Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.
20 aprel 2025 | 12:48
Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri Xaçmaz rayonunda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.
“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib.