Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində tədbir keçirilib

14 may 2026 | 10:21
Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Xaçmaz rayonunda tədbir təşkil olunub.
Xaçmaz şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə yeniyetmə və gənc müəllimlərdən ibarət 8 komanda “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Çıxış edənlər layihənin icra edilməsində əsas məqsədin Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, onlarda vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının və məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, həmçinin asudə vaxtlarının səmərəli təşkilini təmin etmək olduğunu bildiriblər.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif ediliblər.
Keçidlər