Bahar Muradova Xaçmaz rayonunda vətəndaşları qəbul edib
03 mart 2025 | 10:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xaçmaz rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Xaçmaz və Şabran rayon sakinlərinin müraciətinə baxılıb.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.