Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Kamran Əliyev tərəfindən Xaçmazda vətəndaşlar qəbul edilib

02 sentyabr 2022 | 11:28
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşların qəbulu prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Kamran Əliyev Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə Baş prokuror Kamran Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinii ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Qəbulda iştirak edən 30 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Keçidlər