Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən növbəti təmizlik aksiyası Xaçmaz rayonunda təşkil olunub

25 may 2024 | 16:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 25-də Baş Prokurorluğun təşkilatçılığı ilə Xaçmaz rayonunda, Xəzər dənizinin sahilində təmizlik aksiyası keçirilib.
Aksiyada Baş Prokurorluğun, eləcə də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon prokurorluqlarının əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyəti və könüllü gənclər daxil olmaqla ümumilikdə 100-dən çox şəxs iştirak edib.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 2 kilometr sahil boyu ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.
Keçidlər