Şriftin ölçüsü :

Saytın rəngi :

Bayoba kəndində səyyar qəbul keçirilib

02 may 2024 | 16:19
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin itirakı ilə Bayoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Bayoba, Hacıəlibəy, Ağyazı Buduq, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Bayoba kəndində Şəhidlər Abidə-Bulaq kompleksini ziyarət edib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, fərdi yaşayış evinin qazlaşdırılması, suvarma suyu ilə təchizatı yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər