Bostançı kəndində səyyar qəbul keçirilib
02 noyabr 2023 | 15:02
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri ilə birlikdə Bostançı kəndində səyyar qəbul keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum, Palıdlı və Dədəli kəndlərinin sakinləri iştirak edib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri Bostançı kənd tam orta məktəbinin həyətində Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə yerli sakinlər elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyu ilə təchziat, həyatyanı torpaq sahəsinin ayrılması,rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.