Budaq Əliyev 65 illik yubileyi münasibətilə təltif olunub
25 avqust 2026 | 15:23
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Budaq Çaylar oğlu Əliyev dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə, həmçinin 65 illik yubileyinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Bu münasibətlə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yubilyarla görüşüb. Görüş zamanı Elnur Rzayev Budaq Əliyevi əlamətdar yubileyi münasibətilə təbrik edərək, ona Fəxri Fərmanı və xatirə hədiyyəsini təqdim edib.
İcra başçısı yubilyara möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Budaq Əliyev göstərilən diqqətə görə rayon rəhbərinə təşəkkürünü bildirib.






