Şriftin ölçüsü :

Saytın rəngi :

Çılğır kəndində təklif və müraciətlər dinlənilib

12 sentyabr 2023 | 17:54
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarnın məsul şəxsləri ilə birlikdə növbəti səyyar qəbulunu Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çılğır kəndində keçirib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri şəhid Dəyanət Arif oğlu İbrahimovun büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Səyyar qəbulda nümayəndəliyə daxil olan Çılğır, Alıcqışlaq, Qaracik, Qaracik Zeyid, Qaraçay Cek,Şıxhaput və Aşağı Zeyid kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, su təchizatının yaxşılaşdırılması və bankomatların bərpa edilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər