Şriftin ölçüsü :

Saytın rəngi :

"Daha az avtomobil, daha çox həyat" devizi ilə veloyürüş keçirilib

01 sentyabr 2023 | 16:23
Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Daha az avtomobil, daha çox həyat" devizi altında veloyürüş keçirilib. Xaçmaz şəhəri Heydər Əliyev mərkəzinin qarşısından başlayan veloyürüş Zəfər parkında başa çatıb. Rayonda ilk dəfə təşkil olunan veloyürüşdə 60 həvəskar idmançı iştirak edib. Velosiped həvəskarlarının təşəbbüsü ilə belə veleyürüşlərin vaxtaşırı təşkil edilməsi planlaşdırılır.
Keçidlər