Dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan parkda yenidənqurma işləri davam etdirilir.
30 avqust 2022 | 07:22
Xudat şəhərində dahi şarimiz Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və abadlıq işləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda görülən işlərlə tanış olub. İşlərin kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, ümumi sahəsi 1,5 hektar olan parkda dahi şairin heykəli ucaldılacaq, ətrafı milli memarlıq üslubunda yenilənəcək. Parkda 2500 kvadratmetr əraziyə tamet döşənəcək, yaşıllıqlar və gül kolları salınacaq. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün atraksionlarda mövcud olacaq.