Daxili işlər naziri Vilayət Eyvazov Xaçmaz şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
16 dekabr 2022 | 18:00
Qəbuldan əvvəl nazir Vilayət Eyvazov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Həmin gün nazir 143 vətəndaşı dinləyib, 55-i Vətən müharibəsi iştirakçısı olmaqla 152 gənci polis orqanlarında xidmətə qəbul edib.
Vətən müharibəsi başa çatdıqdan sonra 1000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.