Dədəli kəndində səyyar qəbul keçirilib
16 may 2023 | 17:39
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Dədəli kəndində səyyar qəbul keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Palıdlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, içməli və suvarma suyu ilə təchziat eləcədə digər sahələrə aid müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.