“Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib
25 avqust 2025 | 17:27
Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ağayev Emin Nazim oğluna təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təltif edilən əməkdaşı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Emin Ağayev göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.






