Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xaçmaz rayonunda vətəndaşları qəbul edib.

31 may 2022 | 14:53

Qəbuldan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Komitə sədri Xaçmaz şəhər Heydər Əliyev mərkəzində ümummilli liderimizin həyat və fəaliyyətini özündə əsk etdirən foto-stendlərlə tanış olub.

Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər dinlənilib. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb, araşdırma tələb edən digər məsələlərin həlli məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər