Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Xaçmaz rayonunda vətəndaşları qəbul edib

21 avqust 2026 | 15:13
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xaçmaz rayonunda bölgə sakinləri üçün qəbul keçirib.
Qəbuldan öncə Komitənin sədri Anar Quliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid məsələlərin bir qismi yerində həll edilib, digərlərinin araşdırılması üçün müvafiq tapşırıqlar verilib. Eyni zamanda, bəzi müraciətlərin həlli yolları vətəndaşlara izah edilib, aidiyyəti üzrə digər dövlət qurumlarına yönləndirilib.
Keçidlər