Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub
28 mart 2024 | 19:03
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, DTX-nın Xaçmaz rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssislərin rəhbərləri iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında layiqincə davam etdirilir, ölkəmizdə sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Əfqan Məmmədov xidmət əməkdaşlarının qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını təbrik ediblər.
Sonda DTX-nin Xaçmaz rayon şöbəsinin bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.