Əhmədoba kəndində sakinlərin müraciəti dinlənilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Əhmədoba kəndində yerli sakinlərlə görüşüb. Görüşdə Əhmədoba İnzibati Ərazi Dairəsinə daxil olan Hacıəhmədoba, Qaracəlilli, Hacıqazma və Əhmədoba kəndlərinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının rəhblərləri , təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, qaz təchizatının bərpası, suvarma suyuna olan ehtiyacın ödənilməsi, rabitə, internet, məktəb binasının təmiri və bağçanın açılması ilə bağlı müraciətlərini səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.