Ekologiya işçilərinin peşə bayramı qeyd olunub
23 may 2026 | 14:34
Xaçmaz rayonunda ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən əməkdaşların peşə bayramı münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi peşə bayramı günündə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra təşkil olunan görüşdə iştirakçılar ekologiya işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində fəaliyyətlərində uğurlar arzulayıblar.






