Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günündə “ARB Günəş” televiziyasında olub.

06 noyabr 2022 | 08:59

Noyabrın 6-sı Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda fəaliyyət göstərən“ARB Günəş” televiziyasında olub, yaradıcı heyətlə görüşüb.

Kollektivi təbrik edən icra başçısı onlara fəaliyyətlərində uğurlar arzulayıb. Elnur Rzayev telekanalın əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıqını yüksək qiymətləndirib. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrin reallaşdırlmasını müsbət hal kimi dəyərləndirib.

“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki, ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş” artıq 7 ildir fəaliyyət göstərir. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanalda indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir.

Televiziyanın əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər