Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularımızı evində ziyarət edib

23 oktyabr 2023 | 17:09

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, Xaçmaz rayonunun Xudat şəhərindən olan müddətdən artıq həqiqi hərbi qulluqçular çavuş Səlimov Rəfail Xanlarbəy oğlu və Məmmədov Zaur Şahabbas oğlu ilə görüşüb.

Görüş zamanı Elnur Rzayev hər iki döyüşçünün sağlamlığı və müalicəsi, eyni zamanda ailələrin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdikləri qəhrəmanlığa və şəxsi şücaətə görə onları təbrik edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 24 saata düşməni ağ bayraq qaldırmağa məcbur etdi.

Söhbət zamanı yaralı döyüşçüləri öz təəssüratlarını bölüşüb. Göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rəfail Səlimov və Zaur Məmmədov həm də Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və digər medallarla təltif ediliblər.

Keçidlər