Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Çarxı kəndində sakinlərlə görüşüb

10 oktyabr 2023 | 14:10
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çarxı kəndində səyyar qəbul keçirib.
Rayon rəhbərliyi əvvəlcə Çarxı kənd tam orta məktəbinin həyətində şəhid Nasib Şahbala oğlu Abudov və Fərrux Əşrəf oğlu Əlixanovun xatirə lövhələri önünə gül-çiçək dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qəbulda Çarxı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çarxı və Xanlıqoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər bəzi fərdi yaşayış evlərinin və məktəb binasının qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyu ilə təchizat, məktəblərdə kadr çatışmazlığı eləcədə digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər