Elnur Rzayev Çaykənarı kəndində sakinlərlə görüşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Çaykənarı kəndində qəbul keçirib. Qəbulda təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elekltrik təsərrüfatının yenilənməsi, rabitə, internet, məktəb və bağça binasının təmiri ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.