Elnur Rzayev doğum günü olan şəhid övladları ilə görüşüb
31 yanvar 2026 | 19:43
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Vüsal Rüstəmovun və şəhid Elvin Qayıbovun ailə üzvləri ilə görüşüb. İcra başçısı şəhid Vüsal Rüstəmovun oğlu Şahin Rüstəmovu 10, şəhid Elvin Qayıbovun qızı Nur Qayıbovanı isə 5 yaşı tamam olması münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Görüş zamanı ad günlərini qeyd edən şəhid övladlarına hədiyyələr təqdim olunub.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






