Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev “Əhməd” İdman Klubunda idmançılarla görüşüb.

21 may 2024 | 16:16
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov “Əhməd” İdman Klubunda idmançılar və məşqçilərlə ilə görüşüb, idman zalında təlim məşq prosesini izləyib.
Hazırda yerli idmançılar məşqçi müəllim Suleyman Əliyevin rəhbərliyi altında MMA, Kunq Fu, Qrapplinq və digər idman növləri üzrə yarışlara hazırlaşır.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançlarla səmimi söhbət zamanı Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. Xaçmazlı idmançıların müxtəlif respublika və beynəlxalq yarışlarda uğurlu çıxışını müsbət hal kimi dəyərləndirib, naliyyətlərin davamlı olmasını arzulayıb.
Görüşdə gənclərin idmana marağının artırılması və onların zərərli vərdişlərdən uzaq olması ilə bağlı fikir mübadiləsi aparılıb, idmançıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər