Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Əhmədoba kəndində sakinlərlə görüşüb

14 mart 2024 | 15:49
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə,təşkilat rəhbərlərinin iştirakı ilə Əhmədoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Əhmədoba kənd tam orta məktəbinin həyətində şəhid İsmət Rəsulovun büstü öününə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görüş iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını səsləndirib.
Daha sonra fərdi qaydada müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, su ilə təchizatın yaxşılaşdırlması, ərazidə uşaq bağçası-körpələr evinin açılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər