Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev əməliyyat olunan şəhid anasını ziyarət edib

07 avqust 2023 | 16:33
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Qürbət Tarverdiyevin anası Natəvan Tarverdiyevanı evində ziyarət edib.
Elnur Rzayev bir müddət əvvəl əməliyyat olunan şəhid anası Natəvan Tarverdiyevanın səhhəti ilə maraqlanıb, şəfalarını diləyib. İcra başçısı ailənin qayğı və probelmlərini dinləyib, hər zaman onların yanında olduğunu bildirib.
Natəvan Tarverdiyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Keçidlər