Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev hadisə yerində olub

15 sentyabr 2023 | 10:00
Xaçmaz rayonuna aramsız yağan güclü yağışlar zamanı yaranan sel nəticəsində Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay çayının üzərində yerləşən eni 10 metr, uzunluğu 60 metr olan 3 aşırımlı avtomobil körpüsünün dayaq hissələrindəki aşınma nəticəsində körpü dağılıb. Nəticədə VAZ-2106 markalı minik avtomobili çökəyə düşüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, həyatı təhlükələri yoxdur.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq strukturların rəhbərləri ilə birlikdə hadisə yerində olub, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində tapşırıqlarını verib. Hazırda alternativ yollardan istifadə olunmaqla rayon mərkəzi ilə kəndlərin əlaqəsi bərpa olunub.
Keçidlər