Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Kiçik Baraxum kəndində dəfn ediləcək Adil Niftəliyevin yaxınlarını ziyarət edib

23 avqust 2023 | 17:01
Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarından biri Birinci Qarabağ müharibəsində itkin düşmüş Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini Niftəliyev Adil Kamil oğludur.
Avqust ayının 24-ü saat 15:00-da kənd qəbristanlığında Adil Niftəliyevin dəfn mərasimi təşkil olunacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu gün Kiçik Baraxum kəndində Niftəliyevin yaxınları ilə görüşüb, dəfn mərasiminə hazırlıqla maraqlanıb. İcra başçısı şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr arzulayıb.
Niftəliyev Adil Kamal oğlu 1966-cı il iyulun 24-də Xaçmaz rayonunun Kiçik Baraxum kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.
Keçidlər