Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Ləcət kəndində sakinlərlə görüşüb

09 fevral 2023 | 16:32

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Ləcət kəndində səyyar qəbul keçirib.

Qəbulda Ləcət İnzibati Ərazi Dairəsinə daxil olan Moruqoba və Tağaroba kəndlərinin sakinləri iştirak edib.

Əvvəlcə qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müraciət və təkliflər dinlənilib. Vətəndaşlar yeni məktəb binasının inşası, elektrik təsərrüfatının yenilənməsi, suvama suyu ilə bağlı mövcud çətinliklər və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər