Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Moruqoba kəndinin problemləri ilə yerində tanış olub

23 sentyabr 2022 | 17:38

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət İnzibati Ərazi Dairəsinə daxil olan Moruqoba kəndində olub. Sakinlərlə görüşən icra başçısı kəndin mövcud problemləri ilə maraqlanıb. Rayon mərkəzindən xeyli aralıda, Qusar rayonu ilə həmsərhəd olan Moruqoba kəndində əhalinin əsas çətinliyi elektrik, qaz və yol təsərrüfatına aiddir.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Elnur Rzayev kənd sakinləri səmimi söhbət zamanı qeyd edib ki, hazırda Maqsudkənd kəndinin qazlaşdırılması istiqamətində iş aparılır. Bu ilin geridə qalan dövrü ərzində Armudpadar, Əhmədoba və Həsənqala kəndlərində elektrik təsərrüfatı müasir formada yenidən qurulub. Daha 9 kənddə işıq dirəklərinin, elektrik naqillərinin və güc transformatorlarının yenilənməsi istiqamətində iş aparılır. Gələcəkdə bu və ya digər lahiyələr Moruqoba kəndində də reallaşacaq.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər