Elnur Rzayev Müşkür kəndində qəbul keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əvvəlcədən tərtib olunan qrafik əsasında kənd və qəsəbələrdə səyyar qəbullarını davam etdirir. Səyyar qəbulun növbəti ünvanı Müşkür kəndi olub. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə yanaşı xidmət təşkilatlarının rəhbələri də iştirak edib. Qəbulda Müşkür İnzibati Ərazi Dairəsinə daxil olan Köhnə Xaçmaz, Müzəffəroba, Müşviq, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərində yaşayan sakinlərin müraciətləri dinlənilib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşlar müraciət və təkliflərini səsləndiriblər. Sakinlər Müzəffəroba kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, yaşayış məntəqələri üzrə elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması kimi məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.