Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Nabranda səyyar qəbul keçirib

27 iyul 2023 | 12:53
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Nabran kəndində səyyar qəbul keçirib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin eləcədə Tel kəndinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, bankomatların quraşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər