Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Nabranda xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət edib

01 avqust 2026 | 12:46
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nabran turizm zonasında istirahət edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında yaşayan uşaqları ziyarət edib.
Görüş zamanı rayon rəhbəri uşaqların istirahətinin təşkili, onların sosial-məişət şəraiti və tələbatları ilə maraqlanıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan azyaşlılara dövlət səviyyəsində göstərdikləri diqqət və qayğıdan bəhs edərək, Heydər Əliyev Fondunun və aidiyyəti qurumların həyata keçirdikləri layihələrin əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə səmimi görüşə və göstərilən diqqətə görə rayon rəhbərinə təşəkkürünü bildirib. O, bu cür ziyarətlərin uşaqların əhval-ruhiyyəsinin yüksəldilməsində və cəmiyyətə uğurlu inteqrasiyasında mühüm rol oynadığını xüsusi vurğulayıb.
Keçidlər