Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev növbəti səyyar qəbulunu Müşkür kəndində keçirib

15 avqust 2023 | 12:23
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Müşkür kəndində səyyar qəbul keçirib.
Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Müşkür, Müşfiq, Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yeni subartezian quyusunun qazılması, kəndlərarası yolun təmiri və tibb məntəqəsi üçün yeni binanın inşası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər