Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev növbəti səyyar qəbulunu Müzəffəroba kəndində keçirib

12 yanvar 2024 | 16:15
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Müzəffəroba kəndində səyyar qəbul keçirib.
Qəbulda Köhnə Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Müzəffəroba,Müşkür, Müşfiq, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli və Köhnə Xaçmaz kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, əlavə subartezian quyusunun qazılması və kəndlərarası yolun təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər