Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Qaraçaycek kəndində görüş keçirib

11 may 2023 | 12:43
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaraçaycek kəndində səyyar qəbul keçirib.
Qəbulda Qaraçaycek kəndi ilə yanaşı Aşağı Zeyid, Çılğır, Qaracik Zeyid, Alıcqışlaq, Qaracik, Qədmalıqışlaq və Şıxhaput kəndlərinin sakinləri iştirak edib.
Vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizat, mədəniyyət evinin təmiri və digər məsələrlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər