Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev qaziyə məxsus obyektdə qazilərlə görüşüb

06 noyabr 2023 | 18:15
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr-Zəfər Günü ərəfəsində Vətən müharibəsi qazisi Aydın Fətiyevin işlətdiyi ictimai-iaşə obyektində qazilərin bir qrupu ilə görüşüb.
Səmimi görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Xaçmaz rayonunda da bu kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşıldığını vurğulayıb.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib. Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər