Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev Sayad kəndində pomidor sahələrinin məhsuldarlığı ilə maraqlanıb

13 avqust 2026 | 17:32
Ölkəmizin əsas tərəvəzçilik rayonlarından biri olan Xaçmazda pomidor yığımı davam edir. Hər il açıq sahələrdə pomidor yığımına təxminən iyul ayının ikinci ongünlüyündən başlanılır və proses sentyabr ayının sonunadək davam edir.
Rayonun Sayad kəndi pomidor sahələrinin üstünlük təşkil etdiyi yaşayış məntəqələrindən biridir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Sayad kəndindəki pomidor sahələrində olub, məhsuldarlıqla maraqlanıb.
Fermerlərlə həmsöhbət olan icra başçısı onların təklif və müraciətlərini dinləyib. Təsərrüfatçılar bildiriblər ki, Xaçmaz rayonunda əsasən pomidorun “Lajen”, “Sultan”, “Krasnodar” və “Sevimli” sortları becərilir. Bu il bir hektar pomidor sahəsindən orta hesabla 30 ton məhsul götürmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi, o cümlədən subsidiyaların verilməsi, müasir suvarma sistemlərinin tətbiqi, toxum və tinglə təminat sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artmasına və ixrac potensialının genişlənməsinə mühüm töhfə verir. Xaçmaz rayonunda da bu istiqamətdə ardıcıl işlər aparılır, fermerlərin fəaliyyəti üçün zəruri şərait yaradılır.
Fermerlər kənd zəhmətkeşləri üçün yaradılan şəraitə və aqrar sahəyə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər