Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev şəhid ailələri ilə birlikdə qəhrəman oğulların məzarını ziyarət edib.

24 noyabr 2022 | 17:40

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Xaçmaz rayon təşkilatının sədri, şəhid ailələri və qazilər Xaçmaz şəhər və Qaraqurdlu kənd qəbristanlığını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ziyarət zamanı şəhidlərin keçdiyi döyüş yolundan və onların göstərdiyi şücaətlərdən dasnışıb. 44 günlük Vətən müharibəsi tariximizin parlaq və unudulmaz səhifəsi kimi yaddaşlarda qalacağı vurğulanıb. İcra başçısı qeyd edib ki, Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar.

Şəhid ailələri də öz növbələrində dövlətin hər zaman diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər