Şriftin ölçüsü :

Saytın rəngi :

Elnur Rzayev şəhid anasının yas mərasimində iştirak edib

20 avqust 2026 | 15:10
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Emil Tağıyev Birinci Qarabağ müharibəsi şəhidi Ruslan İmamverdiyevin anası Güldəstə İmamverdiyevanın yas mərasimində iştirak ediblər.
Rayon rəhbəri mərhumun xatirəsini ehtiramla yad edərək, ailəsinə dərin hüznlə başsağlığı verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, Vətən müharibəsində qazanılan tarixi Zəfərlə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər